17 
May
2020
23:39
675

Ramazan ayının 24-cü gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 18-də imsak Tbilisi vaxtı ilə saat 03:42-də, iftar vaxtı isə 20:35-dədir. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

24-cü günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin!”.

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın