18 
May
2020
03:39
7686

Bu üsulla sizə hər ay 200 lari kompensasiya düşürmü yoxlaya bilərsiz

"Maliyyə Nazirliyinin Gəlir Xidmətinin yeni proqram təminatı (https://www.rs.ge/kompensacia ) istifadəçiyə təzminat alanların reyestrini yoxlamaq imkanı verəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gəlir Xidmətinin mətbuat xidməti məlumat yayır.

Məlumata görə, maraqlanan şəxs axtarış sisteminə şəxsi nömrəsini və təşkilatın identifikasiya kodunu daxil etdikdən sonra, işəgötürənin məlumatları təqdim edib-etməməsini asanlıqla yoxlayacaq.

Doğrulama (yoxlama) prosesi başa çatdıqdan sonra, işəgötürən tərəfindən müraciətdə göstərilən mobil nömrəyə, şəxs, təzminat alanların reyestrində olub-olmamasına dair qısa mətn bildirişi şəklində məlumat alacaq.

Qurumdan izah edildiyi kimi, istifadəçi, qanunvericilik ilə nəzərdə tutulmuş şəkildə, təzminat almaq üçün məlumatlarının Gəlir Xidmətinə təqdim olunmadığını əgər görsə, o zaman işəgötürənlə əlaqə qura biləcək.

“Xatırlatmaq istərdik ki, işəgötürən şirkətlər, hər ayın 15-i də daxil olmaqla, altı ay ərzində, 2020 –ci ilin ilk üçü ayından (yanvar, fevral, mart) heç olmasa birində maaş almış və fövqəladə vəziyyət müddətində əmək əlaqələri dayandırılan muzdlu işçilərin siyahısını təqdim etməlidirlər. İşəgötürənə, müraciətin təqdim edilmədiyi və ya səhv təqdim edildiyi təqdirdə dəqiqləşdirmək və yeni ərizə təqdim etmək üçün əlavə beş gün vaxt verilir. Müvafiq olaraq, bu müddət ayın 20-si də daxil olmaqla olacaq.

İşəgötürən şirkətlər tərəfindən təzminat verilməsi üçün tələb olunan elektron ərizə formasını və doldurma qaydasını aşağıdakı linklərdən tapa bilərsiniz:

https://eservices.rs.ge/ServiceRequestNew.aspx?p=751;

https://www.rs.ge/common/get_doc.aspx?id=10898.

Əlavə məlumat üçün xahiş edirik Gəlir Xidmətinin Telefon Məlumat Mərkəzinə müraciət edin – 2 299 299 və ya elektron ünvana: [email protected]ə yazın

Nəzərinizə çatdırırıq ki, təzminat alan özünü işlə təmin etmiş şəxslər Səhiyyə Nazirliyinin veb səhifəsinə daxil olaraq, burdakı qeydiyyat portalı (http://compensation.moh.gov.ge/) vasitəsilə 1 iyuldan əvvəl qeydiyyatdan keçəcəklər. Səhiyyə Nazirliyinin qaynar xətt nömrəsi 1505-dir.

Bir tək özünü işlə təmin edən insanlar portalda qeydiyyatdan keçmək məcburiyyətindədirlər. Muzdlu işçilərin sözü gedən qeydiyyatdan keçmə məcburiyyətləri yoxdur" - deyə Gəlir Xidmətinin məlumatında qeyd olunub

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər