18 
May
2020
11:25
1895

Gürcüstanda koronavirusa yoluxanların və sağalanların sayı artdı - RƏSMİ

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 6 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 701 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə 7 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 432-ə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 3890 nəfər karantində saxlanılır, 357 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 12 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın