18 
May
2020
23:47
1137

Ramazan ayının 25-ci gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 19-da imsak Tbilisi vaxtı ilə saat 03:40-da, iftar vaxtı isə 20:36-dadır. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

InterPress.ge 25-ci günün imsak vaxtının duasını təqdim edir:

Duanın oxunuşu: “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin!”.

Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!”

Tərcüməsi: “İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın