19 
May
2020
10:00
1863

Qardabaninin kəndində 100 000 lari oğurlayan şəxs saxlanıldı

Qardabanidə 46 yaşlı Ş.İ soyğunçuluq ittihamı ilə saxlanılıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bildirilir.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs, Qardabani Bələdiyyəsinin Qaratəhlə kəndində bir vətəndaşa məxsus avtomobildən 100.000 GEL oğurlayıb və hadisə yerindən qaçıb.

Hadisədən qısa müddət sonra həmin şəxs Rustavi şəhərində həbs edildi. Hüquq mühafizəçilər təqsirləndirilən şəxsin qanunsuz olaraq ələ keçirdikləri pulun bir hissəsini sübut kimi ələ keçiriblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 4-cü hissəsinin B yarımbəndi ilə istintaq başlanılıb. Cinayət 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın