19 
May
2020
13:52
1068

Amiran Qamğrelidze: "Bir az sərt tədbirlərin görülməsinin, bir kəndin bağlanmasının, hərəkətin məhdudlaşdırılmasının lazım gəlməsi mümkündür"

"Koronavirus 23 mayda yoxa çıxmayacaq, koronavirusla uzun müddət yaşamalı olacağıq, “Evdə qal” şüarı yavaş-yavaş koronavirusla birlikdə yaşamağı öyrənək sözü ilə əvəz olunacaq".

InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Amiran Qamğrelidzenin qeyd etdiyinə görə, müəyyən dövrdə koronavirusun 5, 10, və 20 halının qeydə alınması mümkündür.

“Daha artıq halların olması mümkündür. Bir az sərt tədbirlərin görülməsinin, bir kəndin bağlanmasının, hərəkətin məhdudlaşdırılmasının lazım gəlməsi mümkündür, bunun üçün hər dəqiqə ölkədə fövqəladə vəziyyətin elan edilməsi lazım olmamalıdır. Operativ olaraq qısa müddətli məhdudiyyətlərin təyin edilməsi mümkündür. Xəstəliklərə Nəzarət Milli Mərkəzi qanunvericilikdə bu cür dəyişiklikləri dəstəkləyir”, – Amiran Qamğrelidze qeyd edib.

Qeyd olunur ki, “İzolasiya” və “karantin tədbirləri” terminlərinin müəyyənləşdirilməsi qanuinvericilik səviyyəsində olacaq. Müvafiq dəyişikliklər “İctimai sağlamlıq haqqında” qanuna daxil edilir.

Bizimlə əlaqə saxlayın