19 
May
2020
15:52
2707

Vətəndaşlarnan polis arasında qarşıdurma yaranıb - VİDEO

Kutaisi şəhərində patrul vətəndaşlara komendant saatları və küçəni tərk etmələri lazım olduğunu xatırlatdıqdan sonra polislə yerli sakinlər arasında fiziki qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

DİN-dən bildirilir ki, fövqəladə vəziyyət rejimini pozan şəxs polisin göstərişlərinə qulaq asmayıb, polis orqanlarına şifahi və fiziki zor tətbiq edib. Hadisəni törədənlərin polis tərəfindən tutulmasına icazə verməyən qonşular, polis orqanlarının işçilərinə hücum ediblər və nəticədə polis əməkdaşlarına müxtəlif bədən xəsarətləri yetirilib.

Birinci kanalın məlumatına görə, Kutaisinin Nikea küçəsində sosial evdə yaşayan gənclərlə polis əməkdaşları iləpolis əməkdaşları arasında mübahisə yaranıb.

Eyni zamanda hadisənin şahidləri deyirlər ki, əvvəlcə polis vətəndaşlara hücum etdi və yalnız bundan sonra cavab verildi. Hadisədən sonra 21 yaşlı oğlanı tapa bilmədiklərini və polisin onu saxlayıb saxlamadığını bilmirlər. Vətəndaşlar da hadisə zamanı polisin hərəkətləri səbəbindən bir yeniyetmə qızın bədən xəsarətləri aldığını və bununla əlaqədar istintaq açılmasını tələb edirlər.

Bizimlə əlaqə saxlayın