20 
May
2020
11:25
824

Gürcüstanda koronavirusa yeni yoluxmalar qeydə alındı - 19 nəfər isə Covid-19-dan sağaldı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 11 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 713 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 19 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 475-ə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 3519 nəfər karantində saxlanılır, 351 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 12 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın