Amiran Qamkrelidze ictimai nəqliyyatın fəaliyyətə başlamasından danışdı
"Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı qərar tezliklə verilmiş olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə ölkənin naş epidemioloqu Amiran Qamkrelidze deyib.
Qamkrelidzenin sözlərinə görə, məsələyə dair Koordinasiya Şurasında müzakirə aparılır.
“Bu cür qərarları həqiqətən, nə Amiran Qamkrelidze, nə Paata Imnadze, nə də Xatuna Zaxaşvili qəbul edir. Bu cür qərarları müxtəlif fikirlərə, dəlillərə əsaslanan məlumatlarla razılaşan Koordinasiya Şurası verir və müvafiq olaraq qərar buna əsasən veriləcək. Sizi əmin edə bilərəm ki, məsələ müzakirə olunur və əlbəttə ki, bu sabah və ya birisi gün olmaya bilər, lakin ictimai nəqliyyatın nə zaman, hansı prinsiplər və qaydalara əməl edərəkdən fəaliyyətə başlamasına dair qərar tezliklə verilmiş olacaq" - deyə Qamkrelidze bildirib.