21 
May
2020
12:29
3227

Savalan Mirzəyev koronavirusun yaratdığı çətin günlərdə edilən yardımlarla bağlı açıqlama yayır

Millət vəkili Savalan Mirzəyev koronavirusun yaratdığı problemlərin həlli üçün görülmüş işlərdən bəhs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Savalan Mirzəyev öz facebook səhifəsində yazıb.

"Bu gün dünya görünməyən düşmənlə mübarizə aparır. Xoşbəxtlikdən, Gürcüstan korona virusla effektiv şəkildə mübarizə aparan ölkələr sırasında qabaqcıl ölkələrdəndir. Ölkə fövqəladə vəziyyətə keçdikdən sonra parlament çoxluğunun iclasında qərar qəbul edildi ki, hökümətin həyata keçirdiyi köməkliklərdən başqa, millət vəkilləri kim nə cürə bacarsa əhaliyə köməklik etsin. Müvafiq olaraq, biz, parlament çoxluğunda üzv olan millət vəkilləri fərdi şəkildə əhalinin yardımına qoşulduq. Belə ki, dostlarımızla birlikdə sosial təminatlı ailələrə, eləcə də ehtiyaci olan ancaq sosial təminat statusu olmayan ailələrə, əlillərə və təqaüdçülərə 1500 ərzaq bağlamaları alıb, payladıq. Sosial cəhətdən az təminatlı ailələrin və təqaüdçülərin rəsmi siyahısından başqa, real həyatda sosial cəhətdən çətinlik çəkən ancaq statusu olmayan ailələri də araşdırdım. Bu yardımların əksər hissəsini, 800-dən artıq bağlamaları Qardabani şəhər sakinlərinə payladıq. Bizim tərəfimizdən Lemşvanier, Nazarlo, Kosalı, Vaxtanqis, Birlik, Təzəkənd, Kalinin, Norio, Sarticala və Muğanlı kəndinin sakinləri ərzaqla təmin olundular. Bundan başqa Marneulidəki sosial cəhətdən az təminatlı 100 ailəyə bu bağlamalardan hədiyyə verdim və hətta dostlarımın çoxunun yaşadıqları munisipalitetlərə də müəyyən miqdarda köməkliklər etdim. Xüsusən Marneuli munisipalitetinin meriyası 24 saatlıq rejimlə işləyirdi, ancaq onu da qeyd edim ki, bu munisipalitetə göstərdiyim köməkliklər oradaki dostlarımdan başqa, Marneulinin ilk bağlanmış munisipalitet olduğu üçündür. 22 May tarixindən etibarən ölkədəki fövqəladə vəziyyət ləğv olunur və ölkə demək olar ki, əvvəlki normal yaşayış vəziyyətinə qayıdır. Hakimiyyət maksimal şəkildə çalışdı ki, az təminatlı və kasıb təbəqənin əhalisi bu krizisi çox hiss etməsin. Biz də, parlament üzvlərinin çoxluğu olaraq həmçinin buna çalışdıq. Qeyd etmək istərdim ki, bizlərdən hər birimiz maksimal şəkildə əlimizdən gələni etdik. İndi də, krizis sonrası müddətdə necə ki hakimiyyət, eləcə də biz parlament çoxluğu və "Gürcü Arzusunun" bütün dəstəsi ölkəmizin yenə də irəli getməsi üçün əlimizdən gələni edəcəyik", - deyə facebook səhifəsində Savalan Mirzəyev yazır.

Bizimlə əlaqə saxlayın