22 
May
2020
12:58
1215

Paata İmnadze: "Bolnisinin iki kəndində İtaliya oxşar vəziyyətdir"

"Bolnisinin iki kəndində vəziyyət ağırdır, əhali ilə hesablasak, orada praktiki olaraq, İtaliya baş verir".

InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndlərində mövcud olan vəziyyətlə bağlı, baş nazir ilə görüş zamanı deyib.

Görüş Kvemo-Kartli regionunda, Bolnisi munisipaliteti və Tetritskaro rayonunda mövcud olan vəziyyətlə əlaqəli idi.

Rayonda fövqəladə vəziyyətin aradan qaldırılmasından sonra, vəziyyətin hansı vasitələrlə və necə nəzarət edilməsi müzakirə olundu.

Bizimlə əlaqə saxlayın