22 
May
2020
17:33
3423

Gürcüstanda ictimai nəqliyyatda bu qaydalar tətbiq olunacaq

"İctimai nəqliyyatda sərnişin sayına məhdudiyyət qoyula bilər".

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Ekaterina Tikaradze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hökumət ictimai nəqliyyatın işində nəzərə alınmalı olan tövsiyələr üzərində işləyir və gələn həftə müəyyən standartlar müəyyənləşdiriləcək.

"Mümkündür ki, limit məhdudiyyəti olsun və bu vəziyyətdə sürücünün fərdi müdafiəsi vacibdir" dedi Tikaradze.

Öz növbəsində, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze keçirdiyi brifinqdə ictimai nəqliyyatda maska taxmaq məcburi olacağını bildirdi.

Bizimlə əlaqə saxlayın