22 
May
2020
23:27
734

Ramazan ayının 29-cu gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 23-də imsak Tbilisi vaxtı ilə saat 03:35-də, iftar vaxtı isə 20:40-dadır. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

29-cu günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”.

Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər