23 
May
2020
16:36
3463

Avtomobillərini texniki baxışdan keçirməyənlərin nəzərinə

"Nəqliyyat vasitələrinin sahibləri cari ilin iyul ayının 21-dək nəqliyyat vasitələrini texniki baxışdan keçirtməlidirlər".

InterPress.ge xəbər verir ki, bu barədə Quru Nəqliyyat Agentliyinin rəhbəri Mixeil Xmaladze deyib.

“Texniki baxışdan artıq bu gündən keçməli olanlar, nəqliyyat vasitələrini texniki baxışdan keçirtməlidirlər, əks halda 50 lari miqdarında cərimələnəcəklər. Dövri texniki baxışdan fövqəladə vəziyyət müddətində keçməli olan nəqliyyat vasitələri üçün əlavə 60 günlük güzəşt olunacaq, yəni iyulun 21-dək onlar texniki baxışdan keçməlidirlər. Məsələn, əgər bu gün və ya önümüzdəki günlərdə texniki baxışdan keçməlidilərsə, o zaman bu insanlar dövri texniki baxışdan vaxtındaca keçməlidirlər “- deyə Mixeil Xmaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər