29 
May
2020
13:20
1372

Tbilisi İnfeksiya xəstəxanasında koronavirsdan müalicə olunanların son vəziyyəti açıqlanıb

"Tbilisi İnfeksiya xəstəxanasında koronavirsdan müalicə olunan və bu vaxta qədər vəziyyəti ağır olan üç pasiyentin vəziyyəti yaxşılaşdı".

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı klinikanın tibbi direktoru Marina Ezuqbaia verib.

Onun qeyd etdiyinə görə, bu günə kimi, klinikada koronavirus diaqnozu ilə 40 pasiyent müalicə olunur.

“Klinikada qalan digər pasiyentlərin vəziyyəti eynidir və demək olar ki, xəstəlik orta ağırlıqda keçir” – dedi Marina Ezuqbaia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər