30 
May
2020
16:46
2137

DTX etnik gürcülər və azərbaycanlılar arasında münaqişə yaradanlar haqda bəyanat yayır

Dövlət Təhlükəsizlik İdarəsində mövcud olan operativ məlumata görə, Gürcüstanda Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında münaqişə yaratmağa çalışan şəxslər qrupu və bir sıra vətəndaşlar var.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayır.

DTX-dən verilən məlumata görə, bu şəxslər dövlətin və hökumətin səlahiyyətlərinə aid olan məsələlərə daxil olur, Kvemo Kartli və Kaxeti bölgələrində qaldırılan məsələlərdən milli ədavət yaratmaq üçün istifadə etməyə çalışırlar.

Bununla yanaşı, qurumdan bildirilib ki, DTX-nin Dövlət Təhlükəsizlik Departamenti irqi diskriminasiya faktı ilə əlaqədar istintaq aparır.

Bizimlə əlaqə saxlayın