30 
May
2020
19:23
2665

Tbilisinin mərkəzində kütləvi dava baş verib - iki nəfər bıçaqlanıb - VİDEO

Tbilisinin mərkəzində yerləşən parklardan birində gənclər arasında kütləvi dava baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, mübahisə zamanı bıçaq və küt alətdən istifadə olunub, nəticədə ən azı üç nəfər yaralanıb.

Polis 29 yaşlı L.A-nı və 24 yaşlı V.G-nı hücumu ittihamı ilə saxlayıb.

İstintaqla müəyyən edilib ki, gənclər arasında mübahisə Akaki Tsereteli prospektindəki meydanda baş verib. Mübahisə zamanı 29 yaşlı G.B. və 32 yaşlı B.Ç. bıçaqla yaralanıb, 26 yaşlı B.B-ya isə küt bir cisimlə zərbə vurulub.

Yaralılardan birinə yerindəcə köməklik gösdərilib, digərləri xəstəxanaya qaldırılıb. Yaralıların vəziyyəti qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı istintaq aparılır. DİN-dən bildirilir ki, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və tutulması üçün araşdırmalar davam edir.

Bizimlə əlaqə saxlayın