31 
May
2020
11:11
1020

Gürcüstanda koronavirusa 20-dən çox yoluxma qeydə alındı - SON STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa 26 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Onun qeyd etdiyinə görə, ölkədə virusa yoluxanların sayı 783 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, Ezuqbaya 5 yeni sağalma qeydə alındığını bildirib. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 605-ə çatıb.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirus səbəbi ilə 3031 nəfər karantində saxlanılır, 262 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Bizimlə əlaqə saxlayın