31 
May
2020
12:31
775

Batumi Avropanın ən təhlükəsiz turistik istiqamətləri top onluğuna daxil oldu

Avropada məşhur səyahət platformu European Best Destinations Batumi və Tbilisininin adları ən təhlükəsiz turistik istiqamətlər arasında hallandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Acaranın Turizm və Kurortlar Departamenti yayır.

Qeyd olunur ki, reytinqdə Tbilisi birinci yeri tutur, Batumi isə yeddinci yerdə qərarlaşıb.

Məşhur portal məqalədə Covid 19-a yönəlik Gürcüstanın uğurlarına diqqət çəkib, Tbilisi və Batumini isə ən təhlükəsiz ölkələrin top onluğunda qərarlaşdırıb.

Bizimlə əlaqə saxlayın