31 
May
2020
17:36
845

Qaxaria: "Ölkənə, vətəndaşına xidmət etməkdən, onun sağlamlığını və həyatını qorumaqdan daha şərəfli heç nə yoxdur"

"Ölkənə, vətəndaşına xidmət etməkdən, onun sağlamlığını, həyatını və sülh içində gündəlik həyatını qorumaqdan daha şərəfli heç nə yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Qiorqi Qaxaria Polis Gününə həsr olunmuş tədbirdə polislərə belə müraciət edib.

Daxili İşlər naziri, Vaxtanq Qomelauri və Qiorqi Qaxaria Polis Gününə həsr olunmuş tədbirdə DİN-nin müxtəlif departamentlərinin 10 əməkdaşını ″Xüsusi xidmətə görə″ medallarla təltif ediblər.

Bundan əlavə, Daxili İşlər Naziri adından, Peşə Günü münasibətilə nazirliyin 5000-ə yaxın əməkdaşı müxtəlif mükafatlara layiq görülüb.

Bizimlə əlaqə saxlayın