01 
Iyn
2020
11:51
2404

Kvemo Kartilidə ağır yol qəzası baş verdi - bir nəfər həyatını itirib - FOTO

Rustavi şəhərində avtomobil qəzasında orta yaşlı bir kişi həyatını itirdi.

InterPress.ge xəbər verir ki, hadisə Niko Nikoladze küçəsində, 2 nömrəli dövlət məktəbinin yaxınlığında baş verib.

Qəza zamanı avtomobilin sürücüsü idarəetməni itirərək traktora çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü yerindəcə həyatını itirib.

Patrul polis qrupları yerindəcə səfərbər olunur, avtomobil qəzası səbəbiylə Nikoladze küçəsindəki nəqliyyat müvəqqəti olaraq dayandırılır.

Bizimlə əlaqə saxlayın