02 
Iyn
2020
13:02
1441

Gürcüstanda qonşu ölkənin doqquz vətəndaşı saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Batumidə Türkiyə vətəndaşları saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat verib.

DTX-dan qeyd edilir ki, saxlanılanların evlərində aparılan axtarış zamanı dörd ədəd odlu silah götürülüb.

“Gürcüstanda qeyri-qanuni olan Türkiyə vətəndaşlarının müəyyənləşdirilməsi və tutulması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Batumidə eyni vaxtda iki ünvanda əməliyyat keçirildi. Nəticədə, Gürcüstanın dövlət sərhədini keçməsini qeyd etməyən və qanunsuz olaraq ölkədə olan 9 Türkiyə vətəndaşı tutuldu. Yaşayış binalarında aparılan axtarış zamanı dörd ədəd odlu silah ələ keçirildi. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi və 236-cı maddəsinin birinci hissəsinə əsasən başlanılıb", - deyə DTX-dan bildirilir.

Bizimlə əlaqə saxlayın