02 
Iyn
2020
17:28
3027

Gürcüstanda bu gündən havalar pisləşir - nə vaxta kimi pis hava şəraiti davam edəcək?

Gürcüstanda hava bu gündən iyunun 6-a qədər pisləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən verilən məlumatda bildirilir.

Məlumata görə, iyunun 2-dən 6 iyun qədər Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə güclü dolu, qərbdən güclü külək, dənizdə 2-3 bal gücündə fırtına olacağı gözlənilir.

"Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər və kiçik çaylarda daşqına səbəb ola bilər. Ölkənin dağlıq ərazilərində torpaq sürüşməsi ola bilər", - agentliyin yaydığı mılumatda bildirilir.

Bizimlə əlaqə saxlayın