07 
Iyn
2020
09:44
2253

Gürcüstanda havanın temperaturu +37 dərəcəyə qalxacaq

İyunun 9-dək Gürcüstanın əksər hissəsində isti hava şəraiti olacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Xidmətindən mılumat verilib.

Məlumata görə, 7-8 iyun tarixlərində Qərbi Gürcüstanın dağlıq ərazilərində havanın +32, +37 dərəcəyə qədər isti olacağı, Şərqi Gürcüstanın dağlıq ərazilərində isə +27, +32 dərəcə isti olacağı gözlənilir.

Tbilisidə isti hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava istiliyi +30 ilə +32 dərəcə arasında dəyişəcək.

Bizimlə əlaqə saxlayın