08 
Iyn
2020
14:46
2734

Gürcüstanda dəmir yolu ilə sərnişin daşımaları bu tarixdən bərpa edilir

Gürcüstanda dəmir yolu ilə sərnişin daşımaları iyunun 15-də bərpa ediləcək.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökuməti tərəfindən sərəncam imzalanıb.

Gürcüstan Dəmiryolları Şirkəti (Georgian Railways) Səhiyyə Nazirliyinin təlimatlarına və müvafiq protokollara uyğun olaraq, daşımaların bərpa edilməsinə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Gürcüstanda dəmir yolu ilə sərnişin daşımaları martın 23-də dayandırılıb.

Bizimlə əlaqə saxlayın