09 
Iyn
2020
09:23
4667

DİQQƏT: Qanunvericilik dəyişiklikləri dəstəkləndi, tibbi maska taxmayanlar cərimələnəcək - QAYDALAR

Gürcüstanda qapalı ictimai məkanlarda, ictimai nəqliyyatda və metroda tibbi maska taxmayanlar 20 lari cərimələnəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qanunlayihəyə əsasən, maskası olmayan şəxsin qapalı ictimai yerə daxil olmasına icazə verdiyinə görə hüquqi şəxs 500 lari miqdarında cərimələnəcək.

Bundan əlavə, taksi (M1 kateqoriyalı) ilə hərəkət edərkən maska taxmaq qaydasının pozulması 20 lari miqdarında cərimələnməklə nəticələnəcək.
Oxanaşvilinin sözlərinə görə, sağlamlıq durumundan irəli gələrək maskanı gəzdirə bilməyən insanı heç kim cərimələyə bilməz

O qeyd edib ki, yeni qaydalara əsasən xaricdən qayıtdıqdan sonra fərdi karantin rejiminə riayət etməyən fiziki şəxslər, həmçinin kütləvi toy, ad günü və digər mərasim keçirən şəxslər 2000 lari, hüquqi şəxslər isə 10 000 lari cərimələnəcək.

Bizimlə əlaqə saxlayın