14 
Iyn
2020
18:55
3916

Sabahdan etibarən hansı məhdudiyyətlər qaldırılır və hansılar tətbiq edilir?

15 İyun Bazar ertəsi günündən başlayaraq, Gürcüstan hökuməti məhdudiyyətlərin qaldırılmasının növbəti mərhələsinə başlayır, bunlar arasında əsas olan daxili turizmin bərpasıdır.

InterPress.ge məlumat verir ki, iyunun 15-dən etibarən Gürcüstanın bütün təbii abidələri, qoruqları və milli parkları ziyarətçilərin üzünə açılacaqdır. Bu və ya digər qorunan əraziyə baş çəkmək istəyən turistlərin xidmət mərkəzləri işlərini bərpa edəcəkdir.

Bunlarla yanaşı sabahdan Gürcüstanda daxili sərnişin qatarlarının hərəkəti yenidən başlayır.

Ziyarətçilər təhlükəsizlik tədbirlərinə və bəzi məhdudiyyətlərə riayət etməli olacaqlar:

- Bağlı məkanlarda, xidmət mərkəzlərində və mağaralarda tibbi maskalar taxmaq lazımdır. Maska düzgün bir şəkildə geyilməlidir və həm ağzını, həm də burunu əhatə etməlidir. Ziyarət mərkəzlərində beşdən çox ziyarətçiyə icazə verilmir.

- Çöldə belə, təhlükəsiz baxımından 2 metirlik məsafəni qorumalısız.

- Şəxsi gigiyena normalarına riayət etmək, tez-tez əl yumaq, üzünə toxunmamağa çalışmaq lazımdır.

Xatırladaq ki, yeni qanuna əsasən, pandemiya və ya epidemiya zamanı qapalı ictimai yerdə maska taxmaq qaydasının pozan fiziki şəxs 20 lari miqdarında cərimələnəcək. Bununla yanaşı, qapalı ictimai yerə maskası olmayan şəxsin daxil olmasına icazə verən ictimai yerin sahibi olan hüquqi şəxs və ya fərdi sahibkar 500 lari miqdarında cərimələnəcək. Eyni məhdudiyyət (M1 kateqoriyalı) taksilər üçün də şamil olunur. Hərəkət edərkən maska taxma qaydasını pozan sürücü və ya sərnişin 20 lari məbləğində cərimə olunacaq.

Qeyd edək ki, iyulun 1-dən etibarən Gürcüstan hakimiyyəti artıq beynəlxalq turizm axını bərpa etmək niyyətindədir. Bununla birlikdə, bir çox ölkələrdə yoluxmuş insanların sayının artması səbəbindən, hansı ölkələrlər sərhədlərin açılacağı dəqiq bilinmir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər