15 
Iyn
2020
13:00
2582

Bu şəxslər maska taxmaq məcburiyyətində qalmayacaqlar

"Maska geyinmə qaydası 6 yaşına çatmamış uşaqlara, həmçinin tənəffüs problemləri olan və əlil insanlara şamil edilmir".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili deyib.

"Bu qayda 6 yaşdan kiçik uşaqlara şamil edilmir, təbii ki, müvafiq mütəxəssislərin tövsiyələrini nəzərə aldıq. Ayrıca tənəffüs problemləri olan insanlara, o cümlədən xroniki ağciyər xəstəliyi, bronxial astma, əlil insanlar və hətta sağlamlıq vəziyyətinə görə maska geyə bilməyən bəzi insanlar üçün də tətbiq edilməyəcəkdir. Bütün bunlar hökumətin qərarında ətraflı göstəriləcəkdir", - dedi Natia Mezvrişvili.

Bizimlə əlaqə saxlayın