15 
Iyn
2020
17:42
2088

Qayda pozuntusuna görə, 16 qida obyekti cərimələndi

"16 qida obyekti təhlükəsizlik standartlarına cavab verməməsinə görə cərimənib".

InterPress.ge xəbər verir ki, bu barədə hökumət idarəsindəki brifinqdə əmək müfəttişliyi şöbəsinin müdiri Beka Peradze açıqlama verib.

16 restoranın hər biri koronavirusun yayılmasının qarşısını almaq üçün hazırlanan tövsiyələrə əməl etmədiyi üçün 10 min lari cərimə olunub.

“Sosial şəbəkələrdə qida obyektlərində pozuntuların qeydə alındığı foto və video materiallar yayılıb. Birlikdə hazırladığımız standart və qaydalarının pozulması idi. Cümə və şənbə günlərində obyektlərə baxış keçirilib. Cəmi 26 şirkət yoxlanılıb, onlardan 16-sı tələblərə cavab verməyib, 10-u isə bütün tələblərə tam cavab verib. Buna görə hər bir qayda pozan obyektə 10 min lari cərimə tətbiq edildi və cərimələrin ümumi məbləği 160 min lari təşkil etdi" , - dedi Peradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər