16 
Iyn
2020
19:52
2365

Faciəvi qəza: altı yaşındakı uşaq həyatını itirdi - FOTO

Batumidə altı yaşlı qız avtomobil qəzasında həyatını itirdi.

InterPress.ge məlumat verir ki, uşaq, atası və qardaşı ilə küçəni keçərkən avtomobil vurub.

Uşaq təcili yardım gələnə qədər yerindəcə həyatını itirib.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin altıncı hissəsi - ölümlə nəticələnən nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın