22 
Iyn
2020
12:35
5803

Sürücülərin diqqətinə: Avtomobil nömrələrinin dəyişdirilməsi ilə bağlı yeni qərar alınır

Gürcüstanda köhnə tipli avtomobil nömrəsinin etibarlılıq müddəti 2021-ci il aprelin 1-dək uzadılır.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi qanuna müvafiq dəyişiklikləri parlamentə təqdim etdi.

Hazırda mövcud qanunvericiliyə görə, köhnə nömrəli nömrələrin etibarlılıq müddəti 1 sentyabr 2020-ci ildə bitir.

Layihədə deyilir ki, Gürcüstan Daxili İşlər Nazirinin müəyyən etdiyi hallar istisna olmaqla köhnə tipli avtomobil qeydiyyat nömrələri, qoşqu, kənd təsərrüfatı nəqliyyat vasitələri və ya xüsusi təyinatlı özüyeriyən nəqliyyat vasitələri üçün köhnə tipli qeydiyyat nömrələri və motosikllərin köhnə tipli qeydiyyat nömrələri 2021-ci il aprelin 1-dək etibarlıdır.

Agentlik köhnə nömrələrin etibarlılıq müddətinin uzadılmasına səbəb koronavirusu və virusun yayılmasının qarşısını almaq üçün olduğunu bildirir.

"Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin məlumatına görə, 539 739 ədəd nəqliyyat vasitəsi köhnə formalı nişan nömrəsinə malikdir. Buna əsasən, 1 sentyabr 2020-ci il tarixədək agentliyə bu xidmətə olan tələb Xidmət Agentliyinin maddi və kadr ehtiyatlarından xeyli çox ola bilər. Eyni zamanda, vətəndaşların xidmət almaq üçün agentliyə gəlməsi, məkanda çox sayda insanın toplaşmasına səbəb olacaq ki, bu da epidemiyanın yayılması riskini artıracaq "- deyilir bəyanatda.

Bizimlə əlaqə saxlayın