29 
Iyn
2020
22:49
1683

Parlament seçkilərinin keçirilməsində təhlükə varmı? - Amiran Qamğrelidze açıqladı

"Bu günki gün epidemioloji vəziyyət nəzarət altındadır. Biz vəziyyəti qoruya bilsək, seçkilərin keçirilməsi üçün heç bir təhlükə qalmayacaq".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze jurnalistlərə açıqlama verib.

Onun qeyd etdiyinə görə, baxmayaraq ki, ölkədə gün ərzində 1700-1800 PCR test keçirilir, insanlar arasında yoluxma halları çox azdır.

"Bu gün seçki məcəlləsi ilə bağlı işgüzar görüş baş tutdu. Prinsip üzərində təqdim edilmiş sənədlər nəzərdən keçirildi. Bu sənədlər səhiyyə nazirliyi ilə işlənəcək və Mərkəzi Seçki Komissiyasının (MSK) normativ aktına daxil ediləcək", - dedi Qamğrelize.

O, uçuşların dayandırılmasındanda danışdı.

"Bilirsiniz ki, Avropa ölkələrində pandemiya davam edir və orada vəziyyət daha da gərgindir. Bundan irəli gələrək uçuşların təxirə salınması daha məqsədəuyğun bildik".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər