03 
Iyl
2020
13:36
1178

Gürcüstanda vəzifəli şəxs həbs olundu

Gürcüstanın maliyyə nazirliyinin axtarış xidmətinin əməkdaşları keçirilən operativ- axtarış və istintaq tədbirləri nəticəsində rüşvət alma faktı üzrə milli qida agentliyinin Tbilisi şəhər idarəsinin baş müfəttişini həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən açıqlamaya görə, istintaqla təsdiq olundu ki, ittiham olunan öz iş səlahiyyətlərini yerinə yetirən zaman qanunsuz materialdan istifadə məqsədilə Tbilisidə bir kafe- barın sahibinə zəng edib və ona işini qorumağı söz verib. Təklif agentlik tərəfindən obyektin yoxlanılmamasını lakin, yoxlanılması planlaşdırılmış təqdirdə öncədən kafe sahibini məlumatlandıracağına dair söz verməyi nəzərdə tutur.

O kafe bar sahibindən 10 000 lari rüşvət aldığı zaman yaxalanıb.

İstintaq Gürcüstan cinayət məcəlləsinin 338-ci maddəsinin birinci maddəsi ilə aparılır. Maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın