04 
Iyl
2020
17:22
2457

Bədbəxt hadisə: 15 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Xobi bələdiyyəsində yol qəzası nəticəsində bir piyada ölüb.

InterPress.ge xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Qəza, Tiflis-Senaki-Zuqdidi mərkəzi magistral yolundakı Şua-Xorqa kəndində baş verib. Avtomobil yolu keçməyə çalışan 15 yaşlı uşağı vurub.

Zərərçəkən Xobi rayon xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qəzanın detaları dəqiqləşdirilir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi aparılır.

Bizimlə əlaqə saxlayın