04 
Iyl
2020
20:03
2351

Fermerlərin nəzərinə: Milli Qida Agentliyi fermerlərə müraciət edir

"Hər il Krım Konqo virusuna qarşı müxtəlif tədbirlər görülür".

InterPress.ge xəbər verir ki, bu barədə Milli qida agentliyi mılumat yayır.

Agentliyin bildirdiyinə görə, bu virusa həm heyvanlar həm də insanlar yoluxur. Virusa əsasən HYALOMMA adlı böcəyin dişləməsi halında yoluxma halı baş verir.

"Bu virusa yoluxan heyvanlarda kliniki əlamətlər görünmür, lakin insan yoluxduğunda müalicə geciksə ölümlə nəticələnir. Bu virusa yoluxan mal qara ilə məşğul olan fermerlər və çobanlar olur"- agentlikdən bildirilir.

Milli qida agentliyi əhaliyə tövsiyyələrlə müraciət edir. Bildirilir ki, bu böcək ilin qızmar aylarında çox fəal olur.

"Mal qaranı tənzimləmələr qaydasına uyğun olaraq insektoakarativ preparatla təmizləsinlər. Böcəkləri mal - qaradan əlcək və pinçetlə təmizləsinlər. Profilaktika məqsədilə çəmənliklərdə insanlar qapalı geyimlərdən və qapalı ayaqqabılardan istifadə etsinlər. Virusun əlamətləri müşahidə olunduğu təqdirdə isə həkimə müraciət etsinlər ", - deyə Milli Qida Agentliyindən bildirilir.

Bizimlə əlaqə saxlayın