06 
Iyl
2020
14:25
1051

Gürcüstanda koronavirusa son yoluxmaların hardan olduğu açıqlandı

"Gürcüstanda aşkar edilən koronavirusun hər iki halı xaricdən daxil ediləndir".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiya açıqlama verib.

Onun dediyinə görə, yeni pasiyentlər yük avtomobilinin sürücüsüdürlər.

“Son bir gün ərzində koronavirusun iki halı təsdiq olundu. Buna qədər 951 idi və indi 953 oldu. Sağlananların sayı iki ilə artdı və 830-u təşkil etdi.

İki yeni pasiyentin ikisi də yük avtomobilinin sürücüsüdür və hər ikisi də xaricdən daxil olub. Son iki həftədir ki, əsasən xaricdən daxil edilən hallar qeydə alınır və daxili yoluxmamız yoxdur, bu isə, ümudvericidir”, – Ezuqbaiya dedi.

Bizimlə əlaqə saxlayın