07 
Iyl
2020
13:47
805

Gürcüstanda koronavirusa son yoluxmaların haradan olduğu açıqlandı

"Bu gün koronavirusa 5 yeni yoluxma halı xaricdən idxal edilib".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezugbaya açıqlayıb.

Ezugbaya jurnalistlərə dediyi kimi, yoluxmuş 5 nəfərdən 3-ü yük maşını sürücüsü, 2-si isə başqa ölkədən gələn Gürcüstan vətəndaşlarıdır.

"Bu gün 5 yeni təsdiqlənmiş hal əlavə edildi, sağalan xəstələrin sayı isə 8 nəfərlə artdı. Bu mərhələdə covid mərkəzlərində ümumilikdə 105 xəstə müalicə olunur. Bu gün bütün 5 yeni hal idxal olunub. Buradan 3-ü yük maşını sürücüsü, digər ikisi xaricdən gələn adi vətəndaşlardır. Mərkəzimizdə 2 xəstə sağaldı, 2 yeni təsdiqləndi, hazırda isə mərkəzmizdə 24 xəstə var. Yeni xəstələr Ermənistandan gələn Gürcüstan vətəndaşlarıdır. Onlara karantinə yerləşdirildi və orada monitorinq zamanı koronavirus təsdiqləndi. Vəziyyətləri orta-ağırdır. Digər xəstələrin vəziyyəti də sabitdir, onların heç birində xəstəlik inkişaf etmir. Əsasən, orta ağırlıqdan daha orta və yüngül xəstələrimiz var ", - dedi Ezuqubaya.

Onun sözlərinə görə, vətəndaşlar tövsiyələrə əməl edərsə, ikinci dalğa vəziyyətində, Gürcüstanda ciddi nəticələrə səbəb olmayacaq və ölkə ilk dalğadakı kimi ikinci dalğanın öhdəsindən gələcəkdir.

Bizimlə əlaqə saxlayın