08 
Iyl
2020
19:10
2002

Rəsmi açıqlama verildi: bu tarixə kimi çarter uçuşlar həyata keçiriləcək

“Gürcüstan Hava Yollarının” yerinə yetirdiyi çarter, kommersiya uçuşları davam etdiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani açıqlama verib.

“Xüsusi uçuşlar rejimində vətəndaşlarımızın xaricdən gətirilməsini davam etdirəcəyik. Bu Varşava, Afina, Roma və Barselonadır.

Bu yalnız iyulda deyil, avqust və sentyabrda da baş verəcək”, – David Zalkaliani Gürcüstanın Birinci Kanalına bildirib.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, reyslər qarşıdakı cədvəllə yerinə yetiriləcək:
13 iyul – Varşava
15 iyul – Barselona
17 iyul – Roma
22 iyul – Paris
28 iyul – Afina.
Qeyd olunan reyslərə biletlər Gürcüstan vətəndaşları üçün 200 avrodan artıq olmayacaq.

Bizimlə əlaqə saxlayın