09 
Iyl
2020
12:38
737

Gürcüstanada koronavirusa son yoluxmalarla bağlı açıqlama verildi

"Gürcüstanda aşkar edilən koronavirusun beş yeni halının hamısı idxal edilmişdir".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezugbaia açıqlama verib.

Ezugbaianın dediyinə görə, yeni yoluxmuş insanların dördü yük maşınlarının sürücüsü, bir xəstə isə karantin bölgəsində olandır.

"Bu gün ölkədə 5 yeni koronavirus hadisəsi təsdiqlənib və onların sayı 844-ə yüksəlib. Sağalanların sayına üç nəfər əlavə olundu.

Yeni hallar hələ də idxal olunur və yük maşınlarının sürücüləridir. Onlardan bəziləri Tbilisi Yoluxucu Xəstəliklər Klinikasına yerləşdirilib ", - deyən Ezugbaia açıqladı.
O, eyni zmanda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında koronavirusdan müalicə alan xəstələrin vəziyyətinin orta ağır olduğunu söylədi.

Bizimlə əlaqə saxlayın