11 
Iyl
2020
17:31
1738

Paata İmnadze bütün vətəndaşlara təşəkkür etdi

"Biz öz işimizi həyata keçirdik lakin, vətəndaşlarımızın yüksək məsuliyyəti və addımları olmasaydı heç nə edə bilməzdik".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri müavini Paata İmnadze sosial şəbəkədə yazır.

Imnadze, vətəndaşlara koronavirusa qarşı profilaktik tədbirlər gördüyünə görə təşəkkür edir.

"Konstitusiya məhkəməsinə görə 2 günlük Batumidə idim. Şikayətlərə baxılırdı. Mən tanımadığım insanlardan aldığım hörmət və istilik məni çox təəccübləndirdi.

" Hər şey üçün sağolun" - onlardan tez-tez eşitdiyim söz idi, mən də onlara öz təşəkkürümü bildirirdim.

Bütün vətəndaşlara "koronalı" dünyada öz addımları ilə ölkəmizi oazisə çevirdikləri üçün öz təşəkkürümü bildirirəm.

Biz öz işimizi həyata keçirdik lakin, vətəndaşlarımızın yüksək məsuliyyəti və addımları olmasaydı heç nə edə bilməzdik. Təəssüflər olsunki onların ad soyadlarını bilmədiyim üçün burada qeyd edə bilmirəm. Mən bir daha onlara öz minnətdarlığımı bildirirəm", - deyə Paata İmnadze sosial şəbəkədə yazır.

Bizimlə əlaqə saxlayın