12 
Iyl
2020
15:17
1157

Rustavidə partlayış oldu - ölən var

Rustavidə Balançivadze küçəsində lazımsız əşyaların təhvil verildiyi yerdə partlayış olub.

InterPress.ge xəbər verir ki, ilkin məlumatlara görə balon partlayıb.

Hadisə nəticəsində 35 yaşlı kişi ciddi xəsarət alıb.

Zərərçəkəni təcili tibbi yardım briqadası xəstəxanaya yerləşdirib. Onun həyatını qurtarmaq mümkün olmayıb, o həyatını itirib.

Hadisə yerinə yanğınsöndürən, polis patrul və təcili tibbi yardım briqadası səfərbər olmuşdu.

Bizimlə əlaqə saxlayın