12 
Iyl
2020
20:55
692

Rustavidə bədbəxt hadisə baş verib - dörd yaşlı uşaq ağır xəsarət alıb

Rustavidə Çxondideli qəsəbəsində camış azyaşlı uşağa xəsarət yetirib.

InterPress.ge şahidlərə istinadən xəbər verir ki, camış çəmənlikdən çıxaraq Beritaşvili küçəsində oynayan uşaqlara hücum edib.

Bildirilir ki, camış 4 yaşlı uşağın üz nahiyəsinə, ayaq nahiyəsinə xəsarət yetirib. Camış daha bir uşağa xəsarət yetirsə də uşağı xəstəxanaya yerləşdirməyə ehtiyac olmayıb.

Hadisə yerinə polis patrul xidməti səfərbər olunub.

Hadisə ilə bağlı istintaq Gürcüstan cinayət Məcəlləsinin 124-cü maddəsi ilə başladılıb.

Bizimlə əlaqə saxlayın