13 
Iyl
2020
09:41
734

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir - FOTO

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.

InterPress.ge xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

Bizimlə əlaqə saxlayın