13 
Iyl
2020
10:32
931

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saaat ərzində 9 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 995 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, COVID-19 infeksiyasından sağalanların ümumi sayı 857 nəfər olaraq qalır.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 5001 nəfər karantində saxlanılır, 219 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 15 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın