13 
Iyl
2020
11:58
925

Tbilisidə zəncirvari qəza: dörd maşın bir-birinə girdi - VİDEO

Tbilisinin bələdiyyə avtobusunun iştirakı ilə baş verən qəzada 4 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Qəza, gecə saatlarında meydana gəlib. Yolda dörd maşın toqquşub və onlardan biri çevrilib.

Qəzadan sonra müxtəlif bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya yerləşdirilib. Aralarında avtobus sərnişinləri yoxdur. Həkimlərin dediyinə görə, bir xəstənin vəziyyəti nisbətən ağırdır. Qabırğaları qırılıb, beli zədəlidir.

Qəzanın səbəbləri istintaq tərəfindən müəyyən ediləcək.

Bizimlə əlaqə saxlayın