13 
Iyl
2020
15:22
701

Bütün idman zalları bu tövsüyələrə riayət etməlidir

Bütün idman zallarında daxil olmadan öncə əlləri yumaq məcburi olacaq.

InterPress.ge xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi tərəfindən koronavirus infeksiyası ilə əlaqəli təsdiqlənmiş ümumi tövsiyyələrdə qeyd edilib.

Tövsiyyələrə əsasən, fitnes zallarda növbəti qaydalara əməl edilməli olacaq.

"Kondisionerindən istifadə etkdikdə 2 saatdan bir 15 dəqiqəlik idman zalları təbii havalandırılmalıdır. İdman zalına daxil olmamışdan öncə kimliyindən asılı olmayaraq hər kəs əllərin təmizliyinə riayət etməlidir ( Əllər sabunla yuyulımalı və ya tərkibində 70 % spirt olan məhlulla təmizlənməlidir) Ümumi duş otağından istifadə etmək yolverilməzdir ( əgər duş otağı xüsusi baryerlərlə ayrılmayıbsa) Hər bir nəfər üçün şkaf ayrılmalıdır Bar yaxınlığında qida və içki qəbulu yolverilməzdir, bar yaxınlığında müvəqqəti baryer qurulmalıdır", - deyə səhiyyə nazirliyinin tövsüyələrində bildirilir.

Bizimlə əlaqə saxlayın