13 
Iyl
2020
22:01
4634

Vətəndaşların nəzərinə: Parlament təsdiqlədi - bu cərimələr artdı

Bir evdən və ya binadan 2 kq-a qədər bələdiyyə tullantıları ilə çirkləndirən şəxslər 100 lari yox 200 lari ilə cərimələnəcək.

InterPress.ge xəbər verir ki, parlament "Tullantıların idarəsi kodeksi"nə dəyişikliklər layihəsini 3-cü oxunuşda 80 səslə təsdiqlədi.

Avtomobildən tullantı atılan zaman sürücü 120 lari əvəzinə 250 lari, 5 şinlə (velosiped şinindən başqa) ətrafı çirkləndirən şəxs 150 lari əvəzinə 500 lari ilə, 5 dən çox şinlə ətrafı çirkləndirən isə 2000 lari ilə, 2 kq-a yaxın batareya, akkumulyator, elektolampa, qrafit elektrod, şüşə qırıntıları, mismar və s. ətrafı çirkləndirən 100 lari əvəzinə 500 lari ilə cərimələnəcək.

Ətrafı 2 kiloqrama yaxın və ya çox tullantınan çirkləndirən fiziki şəxs 100 lari əvəzinə 500 lari ilə, hüquqi şəxs isə 1000 lari əvəzinə 1500 lari ilə cərimələnəcək. 1 kubmetrdən çox munisipal tullantılarla ətrafı çirkləndirən fiziki şəxslər 300 lari əvəzinə 1000 lari ilə, hüquqi şəxslər isə 1000 lari əvəzinə 3000 lari ilə cərimələnəcək.

Elektrotexniki, tikinti qurğuları ilə ətrafı çirkləndirən fiziki şəxslər 2000 lari ilə, hüquqi şəxslər isə 6000 lari ilə cərimələnəcəklər.

Bizimlə əlaqə saxlayın