14 
Iyl
2020
10:54
1617

Polşadan Gürcüstana 171 nəfər təxliyə olundu

Gürcüstan hökuməti xarici ölkələrdə yaşayan Gürcüstan vətəndaşlarını mərhələli şəkildə vətənə qayıtmalarını həyata keçirir.

InterPress.ge xəbər verir ki, İqtisadiyyat və davamlı inkişaf Nazirliyindən verilən məlumata görə, Varşava - Tbilisi xüsusi reysi ilə Gürcüstana 171 nəfər qayıtdı.

Sərnişinlər hava limanında müvafiq testdən keçdilər və xüsusi avtobusla karantin zonasına yerləşdirildilər. Onlar karantində 14 gün 24 saat həkimlərin nəzarəti altında qalacaqlar.

Bizimlə əlaqə saxlayın