15 
Iyl
2020
08:26
696

Körpəni öldürmə ittihamı ilə gənc ana saxlanıldı

Zuqdiddə ana tərəfindən körpəni öldürmə ittihamı ilə gənc qadın həbs edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Daxili İşlər Nazirliyindən bildirilir ki, hadisə bir neçə gün əvvəl yaşanıb.

Nazirlikdən verilən açıqlamaya görəistintaq Gürcüstan cinayət məcəlləsinin 112-ci maddəsi ilə aparılır. Maddə ana tərəfindən körpəsini qəsdən öldürməni nəzərdə tutur.

Mövcud məlumata görə, qadın evdə dünyaya uşaq gətirib lakin uşağın hansı vəziyyətdə öldüyü naməlumdur. Qadın isə özünün halının pisləşməsindən sonra xəstəxanaya müraciət edib.

Zuqdidin referal hospitalından verilən açıqlamaya görə, mövzu ilə əlaqəli heç bir şərh verməyəcək.

Bizimlə əlaqə saxlayın