15 
Iyl
2020
14:19
560

Paata İmnadze Gürcüstanın covid üzərində qazandığı uğurlardan danışdı

"Bu gün Gürcüstanda mövcud epidemioloji vəziyyət bütün qurumların yaxşı işləməsinin və vətəndaşların tövsiyyələrə riayət etməsinin nəticəsidir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri müavini Paata İmnadze açıqlama verib.

İmnadzenin qeyd etdiyinə görə, bu nəticəni qorumaq üçün qaydalara riayət etmək və təhlükəsiz yaşamaq lazımdır.

"Hər kəs sevinir ki, bizdə vəziyyət yaxşıdır. Ətrafımıza baxaq, ətrafımızda və dünyada nələr baş verir, nəyə görə beləyik? Bütün qurumlar yaxşı işlədi, xalq isə yanımızda oldu.

Xalqımız yanımızda olmasa dəstək verməsəydilər heç nə alınmazdı. Başqa nə demək lazım olduğunu bilmirəm, cənazələr də daxil olmaqla bir müddət həyat tərzimizi düzəltməyə çalışalıyıq", - deyə Paata İmnadze qeyd edib.

Paata İmnadzenin qeyd etdiyinə görə Gürcüstanda virusun sirkulyasiyası böyük deyil lakin, elə həftə yoxdur ki, mənbəyi bilinməyən 1 virus daşıyıcısı aşkar edilməsin.

"Xoşbəxtlikdən ölkəmizdə virusun sirkulyasiyası böyük deyil. Biz buna nail olmuşuq lakin az da olsa var. Yük avtomobillərinin sürücüləri və vətəndaşlarımıza ölkəyə gəldikdə karantinə yerləşdiririk daha sonra şəxsdə virus aşkar edilir. Bu təhlükəli deyil çünki daxil edilmədir yəni ölkə daxili yayılma halı deyil. Lakin, elə həftə yoxdur ki, mənbəyi məlum olmayan virus daşıyıcısı aşkar edilməsin.

Bu virusun 1 pis xüsusiyyəti var ki, o insan orqanizmində gizlin yayıla və inkişaf edə bilir. Bu virusa yoluxan nə qədər çox olarsa ölüm halları da bir o qədər çox olar", - dedi Paata İmnadze.

Bizimlə əlaqə saxlayın